Obama və xanımına 60 milyon dollarlıq kitab təklifi

Obama və xanımına 60 milyon dollarlıq kitab təklifi
1 mart 2017
# 13:35

Obama və xanımına yazacaqları xatirə kitablarına görə 60 milyon dollar ödəniləcək. Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə Mərkəzi Nyu-Yorkda yerləşən “Penguin Random House” cütlüyün kitablarının çap hüququnu əldə etdiyini bildirib.

ABŞ-ın keçmiş prezidenti Barak Obama və xanımı Mişel Obamanın ayrı-ayrılıqda yazacaqları xatirə kitablarının çap hüququnu hərracda hansı nəşriyyatın qazanacağı yeni ilin ən çox müzakirə olunan nəşriyyat mövzularından idi.

Obamanın bundan əvvəl çap olunan digər iki kitabının naşiri olan “Penguin Random House” rəhbəri Markus Dohle “Obama ilə nəşriyyat işlərini davam etdirməyə şad olduqlarını bildirib.”

Kitabın çap hüquqları üçün keçirilən hərracda 60 milyon dollarlıq təklif gəlib. Bu, indiyə qədər xatirələri çap olunan ABŞ prezidentləri arasında rekord təklifdir.

“Penguin Random House”un bir qolu olan Knopf Bill Klintonun 2004-cü ildə çap olunan kitabı üçün 15 milyon dollar ödəmişdi. Balaca Corc Buşa isə xatirə kitabı üçün 10 milyon dollar verilmişdi.

Obama hələ prezident olmamışdan əvvəl kitab yazsa da xanımı ilə birlikdə müqavilə bağlaması məbləği rekord həddə çıxarıb.

# 1414 dəfə oxunub

Müəllifin son yazıları

# # #