Dünya necə dağılacaq? - Rəsmi mənbələrdən hesabat

Dünya necə dağılacaq? - Rəsmi mənbələrdən hesabat
10 iyun 2019
# 10:25

Bəşəriyyət üçün əsas təhlükə epidemiya, nüvə müharibəsi, təbii kataklizmlər və asteroid düşməsi ola bilər.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə alimlərin How Will The World End saytında dərc olunan hesabatında deyilir.

Bəşəriyyət üçün təhlükəli xəstəlik olaraq ekspertlər tuberkulyozu (vərəm) əsas götürüblər. Hesabata görə, 2017-ci ildə bu xəstəliyə on milyonlarla adam yoluxub. Onlardan iki milyonu həlak olub. Bu templə xəstəlik beş min ildən az müddətə məhvedici ola bilər. Digər öldürücü xəstəliklərdən malyariya, Ebola virusu və meningit sadalanıb.

Təhlükəlilik dərəcəsinə görə ikinci yerdə nüvə təhlükəsidir. Bu il “Qiyamət günü”simvolik saatının əqrəbləri daha iki dəqiqə “gecə yarısına” doğru çəkilib.

Qlobal istiləşmə də əsas təhlükə olaraq qeyd olunub. 2136 il sonra qlobal temperatur 44 dərəcəyə qalxacaq və dünya okeanı qalxıb qurunu basacaq.

Hesabat müəllifləri asteroid düşməsini az ehtimal edirlər. Ehtimal olunan Florence asteroidi ola bilər ki, o planetin 1,2 milyard sakinini məhv edə bilər.

Mütəxəssilər bu hesabatı 50 müxtəlif mənbəyə, o cümlədən BMT, Ümumdünya Səhiyyə Təşkilatı, Avropa xəstəliklərə nəzarət və profilaktika mərkəzi və NASA kosmik agentliyinə istinadən hazırlayıb.

# 2116 dəfə oxunub

Müəllifin son yazıları

# # #