“Harri Potter” “ən yaxşılar”ın siyahısına düşmədi

“Harri Potter” “ən yaxşılar”ın siyahısına düşmədi
19 aprel 2022
# 11:40

Britaniyada II Elizabetin 70 illik hakimiyyəti dövrü üçün hazırlanan və 70 kitabdan ibarət olan “Ən yaxşılar” siyahısında məşhur “Harri Potter”in olmaması diqqət çəkib.

Kulis.az “Sözcü”yə istinadla xəbər verir ki, BBC tərəfindən hazırlanan və bütün dövrlərin ən yaxşı kitab siyahısı olacaq kolleksiyada bütün dövrlərin ən yaxşı bədii nümunələri toplanılıb.

Qeyd edək ki, “Harri Potter”lə bərabər “Üzüklərin hökmdarı” seriyası da siyahıda yoxdur.

# 1128 dəfə oxunub

Müəllifin son yazıları

# # #