Sabah Kann kinofestivalı işinə başlayır - Proqram

Sabah Kann kinofestivalı işinə başlayır - Proqram
13 may 2019
# 14:03

Sabah 72-ci Kann Kinofestivalı öz işinə başlayır.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, festival Cim Carmuşun “Ölülər ölmürlər” filmi ilə açılacaq və 12 gün davam edəcək.

Carmuş müəllif kinosunun önəmli isimlərindəndir və hələ də “Qızıl palma budağı” –na layiq görülməyib.

Əsas müsabiqə proqramında Cim Carmuşun filmi ilə yanaşı Pedro Almadovarın “Ağrı və şöhrət”, Marko Belyokkonun “Satqın”, Darden qardaşlarının “Gənc Əhməd”, Ken Louçun “Bağışla səninçün darıxmışıq”, Ksavye Dolanın “Matye və Maksim”, Terens Malikin “Gizli həyat”, Cessika Hausnerin “kiçik Jo”, Bong Yon Honun “Parazit”, Eliya Süleymanın “Bu cənnət olmalıdır” filmləri yarışacaq.

Xüsusi baxış proqramında isə Verner Hersoq, Abel ferrara, Alen Kavalyer kimi rejissorların filmləri iştirak edir.

Bundan başqa, bu il festivalda kino ulduzu Alen Delon fəxri “Qızıl palma budağı” ilə mükafatlandırılacaq.

Xatırladaq ki, bu il 72-ci Kann kinofestivalının münsiflər heyətinə meksikalı rejissor Alexandro Qonsales İnyarittu rəhbərlik edəcək.

# 2422 dəfə oxunub

Müəllifin son yazıları

# # #