"Üç muşketyor"un aktrisası vəfat etdi

"Üç muşketyor"un aktrisası vəfat etdi
2 dekabr 2022
# 14:40

Fransız aktrisa Mylen Demongeo 87 yaşında dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, aktrisanın ölüm səbəbi hələlik açıqlanmayıb.

Demongeotun ölüm xəbərini yazıçı dostu Henri-Jean Servat Twitter-də paylaşıb.

Qeyd edək ki, aktrisa “Üç muşketyor”, “Fantomalar”, “Çin toyları”, “Dilənçi və gözəl”, “Zəif qadınlar” kimi filmlərdə rol alıb. Ona Fransız kinosuna xidmətlərinə görə, “Demongeot İncəsənət və Ədəbiyyat Ordeninin Komandiri” titulunu verilib.


# 1558 dəfə oxunub

Müəllifin son yazıları

# # #