Xumar Qədimova yeni klipini təqdim etdi - Video

Xumar Qədimova yeni klipini təqdim etdi - Video
1 noyabr 2019
# 18:01

Bu gün “Azərikitab” kitab mərkəzində Əməkdar artist Xumar Qədimovanın “Nəsimi İli”nə həsr etdiyi “Neylərəm” klipinin təqdimat mərasimi keçirilib.

Kulis.azın verdiyi xəbərə görə, təqdimatda tanınmış şairlər Nəriman Həsənzadə, Ramiz Rövşən, Rəşad Məcid, müğənninin sənət dostları, media nümayəndələri iştirak ediblər.

Təqdimat mərasiminin sonunda “Neylərəm” klipinə baxış keçirilib.

Xatırladaq ki, klip Xumar xanımın Nəsiminin “Neylərəm” qəzəlinə bəstələdiyi mahnıya çəkilib.

Klipin rejissoru Elmir Süleymanovdur.

# 3365 dəfə oxunub

Müəllifin son yazıları

# # #