Bakı Kitab Mərkəzi 6-14 yaşlı uşaqlar və yeniyetmələr arasında dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş rəsm müsabiqəsinə əsərlərin qəbulunu davam etdirir.
Mərkəzdən bildirilib ki, rəsmlər Nəsimini və ya onun əsərlərindəki qəhrəmanları və obrazları əks etdirməlidir.
Rəsm əsəri yağlı boya, karandaş, akvarel, quaş, qrafika və s. texnikalarla işlənə bilər. Onun əks tərəfində iştirakçının adı, soyadı, təvəllüdü və əlaqə nömrəsi yazılmalıdır.
- Mənim günəşim göydə olmamalıydı – Seymur Sudan Yeni Şeirlər
- Türkiyə gözəli tənqid edildi: "Kişiyə bənzəyir"
- “10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü” virtual sərgisi təqdim olundu
Əsərlər avqustun 10-dək Bakı Kitab Mərkəzinə təqdim edilməlidir.
Müsabiqədə fərqlənən iştirakçılara diplomlar, müxtəlif hədiyyələr təqdim olunacaq. Ən yaxşı əsərlər yekun sərgidə nümayiş ediləcək. /azertag.az/