Məşhur aktrisa vəfat etdi

Virciniya Patton, aktrisa

Virciniya Patton, aktrisa

24 avqust 2022
# 18:00

Amerikalı məşhur aktrisa Virciniya Patton vəfat edib.

Kulis.az xarici mətbuata istinadən xəbər verir ki, sənətçi 97 yaşında Corciya ştatının Olbani şəhərində vəfat edib. Onun ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, Patton 1925-ci ildə Klivlenddə anadan olub. O, kino sənayesində karyerasına tələbə ikən tamaşalarda və filmlərdə rol alaraq başlayıb. Patton "Bu gözəl həyatdır" filmi ilə məşhurluq qazanıb.

# 1346 dəfə oxunub

Müəllifin son yazıları

# # #