Şərif Ağayarla universitetdə görüş olub

Şərif Ağayarla universitetdə görüş olub
25 may 2019
# 09:56

Mayın 24-də yazıçı Şərif Ağayar Xəzər Universitetində “Yaradıcı yazı” fənninin qonağı oldu.

Kulis.az xəbər verir ki, Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlının giriş sözü və tələbə Səkinə Ələkbərlinin tanınmış yazar haqqında təqdimatından sonra açıq dərsin iştirakçıları Şərif Ağayarın “Nəsrin əsas qaydaları və nəsrdə təhkiyə üslubunun seçilməsi” mövzusunda mühazirəsini dinləyiblər.

“Hər bir xalq öz ədəbiyyatı ilə böyükdür” deyən Ş.Ağayar, həmçinin, “Arzulardan sonrakı şəhər” romanı əsasında öz yaradıcılıq laboratoriyasından danışdı, “Yaradıcı yazı”çıları yeni ədəbiyyat yaratmağa çağırdı. O, tələbələrdən Fəridə Həsənli, Sadiq Mirzəyev, Suqra Əliyeva, Nərmin Ələkbərova və görüşdə iştirak edən “Xəzər”li tələbə Aytac Həsənova ilə dialoq quraraq, onların fikir və mülahizələrini dinlədi, verilən sualları cavablandırdı.

# 1884 dəfə oxunub

Müəllifin son yazıları

# # #