Reportaj hazırlayarkən öldürüldü

Reportaj hazırlayarkən öldürüldü
10 may 2023
# 11:15

32 yaşlı fransalı jurnalist Ukraynanın şərqində döyüş bölgəsindən reportaj hazırlayarkən öldürülüb.

Kulis.az xarici mediya istinadən xəbər verir ki, AFP xəbər agentliyində işləyən Arman Soldin çərşənbə axşamı Baxmutun qərbində, Çasiv Yar yaxınlığında raket atəşinə tutularaq dünyasını dəyişib.

Təxminən saat 16:30-da bir qrup Ukrayna əsgəri ilə birlikdə jurnalistlər qrupu hücuma məruz qalıb.

Fransa prezidenti Emmanuel Makron Soldinin müharibənin ön cəbhəsindəki əməyini yüksək qiymətləndirib. O, tvitində "Onun yaxınlarının və həmkarlarının ağrısını paylaşırıq" sözlərini yazıb.

Qeyd edək ki, o, keçən ilin fevralında Rusiyanın işğalından sonra Ukraynaya gedən ilk AFP komandasının heyətində olub və sentyabr ayından orada yaşayıb. Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Bosniyada anadan olan Soldin 2022-ci ilin fevralından Ukraynada gedən müharibə haqqında reportaj hazırlayarkən öldürülən 15-ci jurnalistdir. Münaqişəni işıqlandıran ən azı iki fransız jurnalist Piyer Zakrejski və Frederik Leklerk-İmoff öldürülüb.

Xatırladaq ki, Baxmut bir neçə aydır Ukraynanın şərqində döyüşlərin episentri olub.

# 957 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #