Yazı müsabiqəsi elan olunub: “Qadın gülərsə...”

Yazı müsabiqəsi elan olunub: “Qadın gülərsə...”
28 fevral 2019
# 10:15

Azərbaycan Yaradıcılıq Fondu və Azərbaycan Bəhailəri Dini Mərkəzi görkəmli Azərbaycan şairi Hüseyn Cavidin ölməz misralarından çıxış edərək “Qadın gülərsə...” adlı yazı müsabiqəsi elan edir.

Qadına qarşı zorakılıqdan təkcə qadınlar yox, ümumilikdə ailələr, uşaqlar və bütün cəmiyyət əziyyət çəkir. Son illərdə qadın zorakılığına qarşı bütün dünyada məşhurlaşan #MeToo hərəkatı göstərdi ki, bu, əsrimizin ən həssas mövzularından biridir.

Ümid edirik ki, elan olunan yazı müsabiqəsi sözügedən problemin həlli yollarının müzakirəsində faydalı olacaq.

Müsabiqənin şərtləri:

1. Müsabiqəyə təqdim edilən yazılar qadın zorakılığı, gender bərabərliyi problemlərinə aid olmaqla praktiki yanaşma ilə yazılmalıdır;

2. Müsabiqəyə göndərilən yazılar maksimum 10 min işarə olmalıdır;

3. Yazılar elektron formada (Times New Roman şriftində), müəllif haqqında qısa tərcümeyi-hal, əlaqə nömrələri ilə birlikdə Azərbaycan Yaradıcılıq Fondunun elektron ünvanına [email protected] göndərilməlidir.

4) Yazıların qəbulu üçün son gün 10 mart 2019-cu ildir.

5) Müsabiqədə 18-35 yaş arasındakı Azərbaycan vətəndaşları iştirak edə bilər.

Mükafatlandırma: Birinci yer (bir nəfər) – 500 azn

İkinci yer (bir nəfər) – 400 azn

Üçüncü yer (üç nəfər) – 200 azn

Müsabiqəyə təqdim edilən bütün yazılar ekspertlər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin mükafatlandırma mərasimi mart ayının sonunda keçiriləcək.

# 2694 dəfə oxunub

Müəllifin son yazıları

# # #