Yazıçımız məşhur PEN-kluba üzv seçildi

Yazıçımız məşhur PEN-kluba üzv seçildi
13 mart 2020
# 13:30

Yazıçı Varis məşhur PEN-kluba üzv seçilib.

Bu barədə Kulis.az-a yazıçı özü məlumat verib. Məqsədi irqindən və dinindən asılı olmayaraq bütün dünya yazıçılarının yaradıcı əməkdaşlığını təmin etmək, eləcə də onların hüquqlarını müdafiə etmək olan, daha çox PEN-klub adı ilə tanınan bu təsisatın mənzil-qərargahı Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşir.

PEN-klub 1921-ci ildə dünya şöhrətli ingilis yazıçısı Con Qolsuorsinin, eləcə də ingilis yazıçısı Ketrin Ema Skottun təşəbbüsləri ilə yaradılıb, Con Qolsuorsi həm də PEN-klubun ilk prezidenti olub. Təşkilatln iki ildən bir seçilən prezidenti kürsüsündə hazırda ABŞ-Meksika vətəndaşlığı daşıyan yazıçı Cenifer Klement əyləşir.

Qeyd edək ki, günümüzdə PEN-klub öz fəaliyyət və nüfuz dairəsinə görə dünyanın 101 ölkəsini əhatə edir, bütün qitələrdə illik Ümumdünya PEN konqressləri keçirir, “Mənşəyi etibarı ilə milli olan ədəbiyyat heç bir sərhəd tanımır” məramı ilə dünya ədəbiyyatının nüfuzuna və inkişafına təkan verir.

PEN abbreviaturası da maraqlı anlam daşıyır: “poet” (şair), “essayist” (esseçi) və “novelist” (romançı). Hərfi mənada isə “pen” - ingilis dilində qələm, pero deməkdir.

Yazıçıların PEN-kluba qəbulu səs hüququna malik nümayəndəliklərin Kollegial rəhbər orqanlarının tövsiyyəsi əsasında Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə həyata keçirilir.

# 1879 dəfə oxunub

Müəllifin son yazıları

# # #