Müştərilərinə 2 milyon kitab bağışlayan restoran

Müştərilərinə 2 milyon kitab bağışlayan restoran
17 iyul 2018
# 10:29

Amerikanın Konnektikut əyalətində fəaliyyət göstərən “Traveler” adlı restoran öz müştərilərinə kitab hədiyyə edir.

Buna səbəb 50 yaşlı restoranın sahibinin kitaba olan sonsuz marağıdır.

1993-cü ildə restoranda restavrasiya işləri aparılsa da, bu ənənə davam etdirilir. Əvvəllər müştərilərə bir kitab hədiyyə olunurdusa, indi üç kitab verilir. Restoran tərəfindən hər həftə təxminən 3 min kitab bağışlanılır.

Restoran sahibi kitabları öz şəxsi kitabxanasından, kitabxana satıcılarından və bukinistlərdən əldə edir.

1970-ci ildən bu günə qədər 2,5 milyon kitab hədiyyə olunduğu açıqlanıb.

Restoranın kitab rəfində hər gün 9 min kitab müştərilərə bağışlanmaq üçün hazır saxlanılır.

# 1281 dəfə oxunub

Müəllifin son yazıları

# # #