Qismət beynəlxalq poeziya festivalına dəvət alıb

Qismət beynəlxalq poeziya festivalına dəvət alıb
25 aprel 2018
# 10:53

Tanınmış şair-tərcüməçi Qismət Rüstəmov beynəlxalq poeziya festivalına dəvət alıb.

Kulis.az sim-sim.aza istinadən xəbər verir ki, “Avropa şairlər baharı” adlı poeziya festivalı 3-5 may tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində keçiriləcək.

Qismət Rüstəmov açıqlamasında deyib ki, bu festivala dəvət almağı şair Səlim Babullaoğlunun rekomendasiyası ilə baş tutub:

“Mən ona təşəkkür edirəm. Ümid edirəm ki, bu festival yeni ədəbi əlaqələrin qurulması, şeir eşitmək, şeirimizi eşitdirmək baxımdan səmərəli olacaq.”

# 1090 dəfə oxunub

Müəllifin son yazıları

# # #