“Ədəbiyyatla cənnəti tapmaq” kitabı çap olundu

“Ədəbiyyatla cənnəti tapmaq” kitabı çap olundu
21 dekabr 2016
# 10:30

Ülvi Babasoyun “Ədəbiyyatla cənnəti tapmaq” kitabı çap olunub. Kulis.azın məlumatına görə “Xan” nəşriyyatında çap olunan kitaba müəllifin esseləri daxil edilib.

Kitab sevgi, gülüş, ölüm və yaddaşı... ədəbiyyat və həyatla romantizə edir. Müəllif oxucunu postmodern epoxasının esseisti kimi öz rəngli mətn dünyasına dəvət edir. Postmodernizm təkcə ədəbi yox, həm də ruhi vəziyyətdir. Zamanın ruhu, ədəbiyyatın ruhu...

Bu kitab mədəni, mifoloji, tarixi, dini və ədəbi mətnlərin kollajıdır. Ədəbiyyat həyata, həyat ədəbiyyata calanır.

Kitabın redaktoru Elnarə Akimova, naşir Müşfiq Xandır.

# 990 dəfə oxunub

Müəllifin son yazıları

# # #