Milli Kino Günü qeyd olundu - FOTO

Milli Kino Günü qeyd olundu - <span style="color:red;">FOTO
2 avqust 2017
# 22:06

Bu gün Nizami Kino Mərkəzində 2 avqust-Milli Kino Gününə həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, kino sahəsində görülən işlərdən bəhs edən video-çarxın nümayişindən sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib.

O bildirib ki, son 10 il müddətində Azərbaycanda 44 tam metrajlı, yüzlərlə sənədli film çəkilib: “Bu müddətdə dövlət tərəfindən çəkilmiş filmlərin sayı təxminən 300-dən çoxdur. Azərbaycanlı kino xadimləri tərəfindən çəkilən filmlər müxtəlif festivallarda mükafatlara layiq görülüb”.

Azərbaycanda yeni, müasir studiyaların formalaşdığını diqqətə çatdıran Ə. Qarayevin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi, habelə azərbaycanlı qəhrəmanlar haqda 40-dan çox film çəkilib.

“Dövlət daima gənclərin vətənpərvər ruhda böyüməsinə diqqət və önəm verəcək”, - deyə nazir vurğulayıb.

Tədbirdə elan edilib ki, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən bir qrup kino xadimi fəxri adlarla təltif edilib. Nazir Ə. Qarayev kino xadimlərinə həmin fəxri adları, habelə bir neçə nəfərə Fəxri Mədəniyyət İşçisi döş nişanı və fəxri fərmanları təqdim edib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova Azərbaycan kinosuna verdiyi töhfələrə görə Xalq Artisti, kinorejissor Vaqif Mustafayevin rəhbəri olduğun İttifaqının builki “Milli Kino Mükafatı”na (2000 manat) layiq görüldüyünü qeyd edib. Daha sonra mükafat Vaqif Mustafayevə təqdim edilib.

Tədbirdə Ayaz Salayevin rəhbərliyi ilə Qarabağa aid çəkilən sosial çarxlar nümayiş olundu.

Sonda rejissor İlqar Nəcəfin quruluşunda lentə alınan "Nar bağı" filmi ilk dəfə göstərildi.

Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

# 1111 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #