Slovakiya Filarmoniyasında Azərbaycan musiqisi

Slovakiya Filarmoniyasında Azərbaycan musiqisi
4 noyabr 2019
# 15:31

Slovakiyanın paytaxtı Bratislava şəhərində Dövlət Filarmoniyasının böyük zalında dünya şöhrətli Avropa kollektivlərindən biri olan Slovakiya Filarmonik orkestrinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artisti Əyyub Quliyevlə konserti olub.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbər görə, Azərbaycanlı dirijorun tanınmış simfonik orkestrlə debütü və həmin konsertdə ilk dəfə olaraq görkəmli Azərbaycan bəstəkarı Soltan Hacıbəyovun "Karvan" simfonik lövhələrinin ifası ilə əlamətdar idi. Əsərin ifası bu il 100 illik yubileyini qeyd etdiyimiz Soltan Hacıbəyovun yubileyinə gözəl bir töhfəyə çevrilib. Dinləyicilər azərbaycanlı bəstəkarın əsərini böyük sevgi və rəğbətlə qarşılayıblar.

“Karvan”ın uğurlu ifasından sonra dirijor əsərin partiturasını Slovakiya Filarmoniyasının kitabxanasına hədiyyə edib.

Qeyd edək ki, dirijor Əyyub Quliyevin konserti 71-ci mövsümünü qeyd edən Slovakiya Filarmoniyasının “Tanınmış silsilələr” abonementində xüsusi yer alıb. Proqramda Azərbaycan musiqisi ilə bərabər rus musiqi mədəniyyətinin ən parlaq nümunələri yer alıb.

Konsertdə solist qismində müasir musiqi üzrə tanınmış mütəxəssislərdən biri, məşhur skripka ifaçısı Milan Pyala (Slovakiya) iştirak edib.

# 2454 dəfə oxunub

Müəllifin son yazıları

# # #