Öpsəm yalnızlığın soyuq dodaqlarını

Öpsəm yalnızlığın soyuq dodaqlarını
28 avqust 2013
# 17:10

Göz yaşımı sənə hədiyyə verəcəyəm...

Saxla onları bir çiçəyin ləçəyində.

Bir gecənin həsrətində mənsiz qalsan ağlama,

qəlbim yanar...

Həsrətindən ağladığım gecədən

Göz yaşımı saxladığın çiçəyi

Məzarıma gətir...

Özüm-özümü ağlaram...

Sənin gözün nəmçiməsin.

Kişilər ağlamaz axı, daş ürəklim?!

***

Getsəm bu dünyanın o üzünə,
Öpsəm yalnızlığın soyuq dodaqlarını.
Heç dönməsəm dəli ruzigarın məni gətirdiyi bu yerlərə
Başımı o dünyanın çiyninə söykəyib

ağlasam için-için...
Gələcəksənmi?

Olmaz! Demişdin...

Uzaqlar yasaqmış,

Xəyanətmiş başqası ilə öpüşmək,

Səni öldürərmiş başqasına sığınmağım...

İçimdə tənhalıq sevgisi

Olmazların sərhədini keçib gedirəm...

Gələcəksənmi?

Qönçə Cabbarova

# 1586 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #