Fransa gözəli tənqid olundu

Fransa gözəli tənqid olundu
18 dekabr 2023
# 14:00

Fransadə keçirilən gözəllik yarışmasının qalibi Eva Gilles olub.

Kulis.az xəbər verir ki, müsabiqənin 103 illik tarixində ilk dəfə qısa saçlı namizədin qalib gəlməsinə çoxlu reaksiyalar gəlib.

Bir çox istifadəçi "X" hesabında "O, sadəcə saçlarının qısa və fərqli olduğu üçün seçildi" kimi şərhlər ediblər.

Gilles reaksiyalarla yanaşı gözəlliyi ilə də bəzilərini valeh edib. Modelin üslubunu bəyənən istifadəçilər "Onun saçları özünəməxsus dərəcədə gözəldir" deyib.

Fransız siyasətçi Sandrin Russo da Gillesi müdafiə edərək, "2023-cü ildə Fransada qadınlara olan hörməti saçlarının uzunluğu ilə ölçürükmü?" deyərək, münasibət bildirib.

# 742 dəfə oxunub

Müəllifin son yazıları

# # #