Kann festivalı bu gün başlayır

Kann festivalı bu gün başlayır
13 may 2015
# 10:41

Bu gün, mayın 13-də Fransada 68-ci Kann Beynəlxalq Kinofestivalı öz işinə başlayır. Kulisin verdiyi xəbərə görə, festival fransalı rejissor Emmaniel Berkonun “Başını dik tutaraq” filmi ilə açılacaq.

Film yeniyetmə cinayətlərinə həsr olunub. Festivalın finalında tamaşaçılar Lyuk Jakın “Buz və səma” filmini görəcəklər.

Bu il festivalın münsiflər heyətinə Amerika rejissorları Coel və İtan Koen qardaşları rəhbərlik edəcək. Jürinin üzvləri sırasına aktrisalar Sofi Marso, Sienna Miller, kanadalı rejissor Ksavye Dolan, amerikalı aktyor Ceyk Cillenxol və meksikalı rejissor Qilyerme del Toro daxildir.

Xatırladaq ki, əsas müsabiqə proqramına 19 film daxildir. Kann Beynəlxalq Kinofestivalı mayın 24-də yekunlaşacaq və həmin gün festivalın nəticələri elan olunacaq.

# 921 dəfə oxunub

Müəllifin son yazıları

# # #