Qırğızıstanın opera ulduzu Bakıda çıxış edib

Qırğızıstanın opera ulduzu Bakıda çıxış edib
4 oktyabr 2019
# 17:09

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operası nümayiş edilib.

Səhnə əsərində əsas partiyalardan biri - Violetta partiyasını A.Maldıbayev adına Qırğızıstan Milli Opera və Balet Teatrının solisti, Qırğızıstanın Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Elnura Samarbekova ifa edib.

Operada digər rolları sənət ocağının aparıcı solistləri - Əməkdar artistlər Fərid Əliyev, Cahangir Qurbanov, Səbinə Vahabzadə, Tural Ağasıyev, Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, solist Nina Makarova canlandırıb.

Səhnə əsəri Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və milli “Humay” mükafatının laureatı Əyyub Quliyev tərəfindən idarə olunub. /azertag.az/

# 1451 dəfə oxunub

Müəllifin son yazıları

# # #