Fransız yazıçısının Bakıda imza günü olacaq

Fransız yazıçısının Bakıda imza günü olacaq
27 sentyabr 2019
# 14:53

Sentyabrın 28-i saat 15.30-da VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Fransız yazıçısı, Fransa Akademiyasının üzvü, nüfuzlu Qonkur mükafatıçısı Jan Kristof Rüfənnin «Kral Ziblinin dünya səyahəti» romanının imza günü olacaq.

Kulis.az-ın verdiyi xəbərə görə, bu barədə “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu məlumat verib.

Ş.Xuduoğlu daha sonra bildirib ki, hər gün bir saatdan bir oxucular yeni əsərləri nəşr olunan yazarlarla görüşüb, kitablarını imzaladacaqlar. Onların arasında Səfər Alışarlı, Niyazi Mehdi, Pərviz Cəbrayıl, Şərif Ağayar, Hikmət Hacızadə, Əli Əmirli, Vilayət Quliyev, Rəşad Məcid, Nəriman Əbdülrəhmanlı və başqa yazarlar var.

JPEG

# 1796 dəfə oxunub

Müəllifin son yazıları

# # #