Tarkovskinin "Güzgü" ssenarisi auksiona çıxarılır

Tarkovskinin "Güzgü" ssenarisi auksiona çıxarılır
7 noyabr 2019
# 16:51

Andrey Tarkovskinin “Ayna” filminin ssenarisi auksiona çıxarılır.

Kulis.az-ın verdiyi xəbərə görə, ilkin variantda “Bəyaz, bəyaz gün” filmi dekabrda, Moskvada hərraca çıxarılacaq.

Ssenari Volodya adında birinə avtoqrafla bağışlanıb. Volodya filmin istehsalında vacib şəxslərdən biri olub. Onun sözlərinə görə, “Mosfilm” hər bir film üçün çəkiliş üçün təxminən 110 nüsxə ssenari çap etdirirdi. Amma bu xüsusi nüsxədir.

Hərrac təşkilatçılarının söylədiyinə görə, ssenari üçün ilkin qiymət 630 min rubl təyin olunub. Xatırladaq ki, ötən il rejissorun “Andrey Rublyova”a yazdığı ssenari 2 milyon rubldan artıq qiymətə satılmışdı.

“Ayna” Tarkovskinin açar filmlərindəndir. Etiraf-film mürəkkəb assosiativ sıra və obrazlar üzərində qurulub. Filmin Oleq Yankovskinin oynadığı qəhrəmanı yaxınlarının anlayış və sevgisini itirməkdən çox qorxur. O anlayır ki, həyat onları bir-birindən uzaqlaşdırır.

1974-cü ildə ekrana çıxan filmdə Marqarita Terexova, İnnokenti Smotkunovski, Filipp Yankovski, Alla Demidova çəkiliblər.

# 1819 dəfə oxunub

Müəllifin son yazıları

# # #