Filmlərimiz Özbəkistanda nümayiş olunacaq

Filmlərimiz Özbəkistanda nümayiş olunacaq
18 sentyabr 2019
# 18:25

Sentyabrın 23-dən 26-dək Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində Azərbaycan kinosu günləri keçiriləcək.

Kulis.az xəbər verir ki, kino günlərinin rəsmi açılış mərasimi sentyabrın 23-də Əlişir Nəvai adına Kino Mərkəzində olacaq.

Tədbirdə Özbəkistanın ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri, diplomatları, kino sahəsinin mütəxəssisləri, Daşkənddəki ali məktəblərin tələbələri, yerli azərbaycanlılar, jurnalistlər iştirak edəcək.

Kino günlərində rejissor Mirbala Səlimlinin “Qırmızı bağ”, İlqar Nəcəfin “Nar bağı”, Şamil Əliyevin “Çölçü”, Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” tammetrajlı bədii, Natalya Zavoznenkonun “Bakı əsrlərin aynasında”, Adil Azayın “Xəlvətdə qalmış müdrik” və Valentina Qurkalenkonun “Hüseyn Xan Naxçıvanski. Qayıdış” tammetrajlı sənədli filmləri nümayiş etdiriləcək.

Filmlərin bəziləri Daşkənd vilayəti Almalıq rayonunda, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti, paytaxtdakı Mədəniyyət və İncəsənət Universitetində də göstəriləcək.

# 1813 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #