Azərbaycanlı yazıçının romanı İngiltərədə

Azərbaycanlı yazıçının romanı İngiltərədə
11 sentyabr 2019
# 11:01

Yazıçı Vaqif Sultanlının “Səhra savaşı” (“Struggle in the desert”) romanı Londonda işıq üzü görüb.

Kulis.az xəbər verir ki, Londonun “Rossendale books” nəşriyyatında çap olunan kitabı ingilis dilinə Cavid Abbaslı çevirib. Roman yazıçı-tərcüməçi Vinsent Valşın redaktəsi ilə nəşr edilib.

Şərti-metafоrik üslubda qələmə alınmış rоmanda təsvir olunan hadisələr zamanın çatlaması ilə gələcəkdən imtina edərək keçmişə üz tutan qəhrəmanın taleyi fonunda aşkarlanır. Hadisələrin bu müstəvidə çözümü müəllifə insan, zaman və dünya haqqında fəlsəfi düşüncələrini əks etdirməyə imkan vermişdir.

Qeyd edək ki, “Səhra savaşı” romanı Türkiyə və Rusiyada da nəşrə hazırlanır.

# 1861 dəfə oxunub

Müəllifin son yazıları

# # #