#

Sabah Bakıda teatr festivalı başlayır

Sabah Bakıda teatr festivalı başlayır
28 fevral 2019
# 17:20

Paytaxtda yeni teatr festivalı keçiriləcək.

Kulis.az-ın verdiyi xəbərə görə, «Boş məkanın dolğunluğu - 2» adlanan Eksperimental tamaşalar festivalı mərhum rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunub.

Azərbaycan Teatr Xadimləri İttifaqının Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi festival martın 1-dən başlamaqla 9 gün ərzində festivalda dövlət, bələdiyyə, müstəqil teatrı olmaqla yeddi teatr kollektivi, həmçinin ADMİU-nun müəllim-tələbə heyəti və bir Gürcüstan teatrı ümumilikdə 18 tamaşa təqdim edəcək.

Festival iştirakçılarının mükafatlandırma mərasimi martın 10-da, Milli Teatr Günü Azərbaycan Teatr Xadimləri İttifaqında baş tutacaq.

# 2457 dəfə oxunub

Müəllifin son yazıları

# # #