“The Cure” rok qrupu Moskvada çıxış edəcək

“The Cure” rok qrupu Moskvada çıxış edəcək
5 avqust 2019
# 10:17

Böyük Britaniyanın “The Cure” rok qrupu Rusiyanın “XVI Piknik Afişa” festivalında aparıcı qonaqlar sırasında olacaq.

Moskvanın “Kolomenskoye” parkında avqustun 4-də çıxış edəcək qrupun bu ölkədə son konserti 30 il bundan əvvəl olub.

Qeyd edək ki, “The Cure” 1976-cı ildə “pank” janrının geniş yayıldığı dövrdə yaranıb. Son vaxtlar qrupun yeganə dəyişməz ifaçısı Robert Smit və digər üzvləri yaradıcılıq istiqamətini bir qədər dəyişərək daha çox “pop” musiqisinə üstünlük veriblər. Bu vaxtadək qrupun 13 albomu işıq üzü görüb. /azertag.az/

# 2219 dəfə oxunub

Müəllifin son yazıları

# # #