"Xosrov və Şirin" türk dilində nəşr olundu

"Xosrov və Şirin" türk dilində nəşr olundu
23 iyul 2019
# 18:40

Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının ardınca “Xosrov və Şirin” poeması yüksək poliqrafik göstəricilərlə türk dilində nəşr olunub.

Kulis.az-ın verdiyi xəbərə görə, cari ilin sonunadək “Xəmsə”yə daxil olan digər 3 kitabın da nəşrinin tamamlanması və tanıtım məqsədilə Türkiyədəki təhsil müəssisələrində, kitabxanalarda, dərnəklərdə və digər aidiyyəti qurumlarda yerləşdirilməsi nəzərdə tutulub.

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində, Türkiyədə fəaliyyət göstərən “Zengin Yayıncılık” nəşriyyatı ilə işbirliyi nəticəsində bu günə qədər klassik və müasir dövr olmaqla 27 Azərbaycanlı müəllifin 38 adda kitabının tərcüməsi və çapı başa çatdırılaraq Türkiyəli oxucuların diqqətinə təqdim edilib.

# 1818 dəfə oxunub

Müəllifin son yazıları

# # #