“İtalyan baharı” kinofestivalı keçiriləcək

“İtalyan baharı” kinofestivalı keçiriləcək
20 iyul 2019
# 17:01

Çinin Xaynan vilayəti ilin sonunda keçiriləcək “İtalyan baharı” kinofestivalının açılışına hazırlaşır.

Kino həvəskarları iyulun 26-dan avqustun 4-dək böyük ekranlarda italyan kinematoqrafiyasının peşəkarlarının çəkdiyi film dəryasına baş vura biləcəklər.

Mərasim Çinin Sanya, Xaykou, Vanin, Dunfan, Tyunçjun şəhərlərində keçiriləcək. Hər həftəsonu tamaşaçılar italyan kino sənətinin 10 ən yaxşı filmlərini izləmək şansı əldə edəcəklər.

Kinofestival rejissor Canluka Vannuççinin “Məşhur olmaq üçün yeddi gün” (7 Days to Get Famous, 2019) komediyası ilə başlanacaq. /azertag.az/

# 2766 dəfə oxunub

Müəllifin son yazıları

# # #