Azərbaycan filmləri Sarayevo festivalında

Azərbaycan filmləri Sarayevo festivalında
19 iyul 2019
# 12:01

Müstəqil Azərbaycan kinosunu təmsil edən iki filmimiz Sarayevo film festivalında yarışacaq.

Kulis.az-ın verdiyi xəbərə görə, hər iki film əsas müsabiqə proqramına salınıb. Bunlar Hilal Baydarovun sənədli filmlər proqramında yarışan “Xurmalar yetişən vaxt” filmi (Avstriya, Azərbaycan, 2019) və Teymur Hacıyevin qısametrajlı filmlər proqramında yarışan “Duz istiot, zövqə görə” filmidir.

“Xurmalar yetişən vaxt” filmi sənədli filmlər proqramında 15 filmlə yarışır. Teymur Hacıyevin “Duz istiot zövqə görə” filmisə qısametrajlı filmlər müsabiqə proqramına düşən 14 filmdən biridir.

Xatırladaq ki, Sarayevo festivalı 1995-ci ildən bəri keçirilir və bu il festivalın 25 illiyi qeyd olunur. Hər il 300dən artıq rejissor, prodüser, ssenari yazarı festivalla əlaqədar Sarayevoya toplaşır.

Bu il festivala təqdim olunan 950 filmdən 53-ü müsabiqədə iştirak haqqı qazanıb. Bunlardan 9-u bədii filmlər bölməsində, 14-ü tələbə filmləri bölməsində, 16-ı sənədli filmlər bölməsində yarışacaq. Ümumilikdə bu il festivalda Avstriya, Albaniya, Azərbaycan, Bosniya, Ermənistan, Rumıniya, Gürcüstan, Yunanıstan, Moldova, Bolqariya və bir çox başqa ölkələr iştirak edir.

Festival 16-23 avqust tarixində keçiriləcək.

# 2383 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #