Azərbaycanlı rejissor beynəlxalq film festivalının münsiflər heyətinə dəvət aldı

rejissor Fariz Əhmədov

rejissor Fariz Əhmədov

16 iyun 2023
# 10:34

Azərbaycanlı prodüser, rejissor Fariz Əhmədov Andrey Tarkovski adına XVII Beynəlxalq “Güzgü” Film Festivalının münsiflər heyətinə dəvət edilib.

Kulis.az xəbər verir ki, bununla bağlı festivalın rəsmi saytında məlumat yerləşdirilib.

Münsiflər heyətinin sədri Rusiya Federasiyasının əməkdar incəsənət xadimi Anatoli Vasilyevdir.

Müsabiqədə 12 ölkədən 8 film iştirakı edəcək.

Festivalın açılışı iyunun 30-da Andrey Tarkovski haqqında sənədli filmlə reallaşacaq. Bağlanış filmi isə Kann Film Festivalında mükafat almış “Tənəzzülün anatomiyası” filmi olacaq.

# 651 dəfə oxunub

Müəllifin son yazıları

# # #