Sovet kinosunun məşhur aktyoru vəfat etdi

Sovet  kinosunun məşhur aktyoru vəfat etdi
24 iyun 2019
# 11:09

Sovet teatr və kino aktyoru Andrey Xaritanov 59 yaşında vəfat edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor ağır xəstəlikdən əziyyət çəkirmiş.

Andrey Xaritanov “Görünməz adam”, “Xaokin Muryetanın ulduzu və ölümü” kimi onlarla filmə çəkilsə də ona “Ovod” filmində oynadığı Ovod rolu məşhurluq gətirib. Lakin məhz bu roldan sonra da onun aktyorluq karyerasında çöküş başlayıb.

# 1841 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #