Müğənni həmcinsi tərəfindən zorlandığını etiraf etdi

Müğənni həmcinsi tərəfindən zorlandığını etiraf etdi
23 yanvar 2020
# 17:34

Tanınmış amerikalı müğənni Cessika Simpson yeni yazdığı kitabda 6 yaşında cinsi istismara məruz qaldığını yazdı.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 39 yaşlı müğənni xatirələrini yazdığı “Open Book” adlı kitabda uşaq vaxtı ailə dostlarının qızı tərəfindən cinsi istismara məruz qalmasından, başına gələnləri ilk dəfə ailəsinə danışanda onların verdiyi reaksiyalardan bəhs edib. Bundan başqa Simpson həyatının bir dövründə qəbul etdiyi aşırı içki və həblərlə az qala həyatına son verdiyini də yazıb.

Özü haqqında kitab yazması təklifinin hələ 5 il əvvəl aldığını deyən müğənni “özümü ifadə edə biləcək qədər rahat deyiləm. Dəhşətli dərəcədə yalançıyam" ifadələrini işlədib.

# 2477 dəfə oxunub

Müəllifin son yazıları

# # #