#

Nicat Həşimzadənin yeni kitabı çap olundu

Nicat Həşimzadənin yeni kitabı çap olundu
20 iyun 2019
# 13:02

Nicat Həşimzadənin yeni kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, gənc yazar Nicat Həşimzadənin sayca üçüncü kitabı olan “Boşluqdan qaçış” romanında gənc nəslin yaşadığı mənəvi boşluğun səbəbləri axtarılır. Romanda həmçinin maddi çətinliyin sevgi münasibətlərinə necə əngəl olduğu mövzusuna da toxunulub.

Müəllif kitabda əsasən yaradıcı adamların yaşadığı dərin boşluğun mahiyyətini və sənətə təsirini izah etməyə çalışıb. Həmçinin ölkəmizdə yaradıcı zəkaya sahib olan gənclərin problemləri də əsas qəhrəmanın dili ilə oxuculara çatdırılıb. Boşluq daim bizi təqib edir, bütün həyatımız boyu boşluqdan qaçırıq. Romanda toxunulan əsas mövzulardan biri də ailə təzyiqlərinə görə gənc nəslin azadlığının məhv edilməsidir. Romanın qəhrəmanı cəmiyyətdəki bozluqdan və daxilindəki boşluqdan qaçır.

Onu da qeyd edək ki, “Boşluqdan qaçış” müəllifin ilk romanıdır. Bundan əvvəl çap olunmuş “Qogenin ikinci qadını” və “İndulgensiya” kitablarında Nicat Həşimzadənin qısa hekayələri və publisist yazıları çap olunmuşdur.

Kitabın təqdimat mərasimi iyunun 30-u, saat 16-da kitabevim.az mağazasında keçiriləcək.

# 2083 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #