Əsəd Qaraqaplanın yeni kitabı çap olunub

Əsəd Qaraqaplanın yeni kitabı çap olunub
6 iyun 2019
# 13:35

Yazar Əsəd Qaraqaplanın yeni kitabı çap olunub.

Kulis.az-ın verdiyi xəbərə görə, “Yaz paltolu qadın” adlı roman müəllifin “Ən özgür ədəbiyyat” seriyasından növbəti kitabıdır.

Roman epistolyar janrda olub, bir insanın ayrılıqdan sonrakı halını və yaşantılarını anladır.

Müəllif klişeyə çevrilmiş “mesajın nədir?” şablonuna toxunaraq, bu kitabla bu cür düşüncələrə qarşı çıxdığını söyləyib:

“Romanın heç bir xüsusi mesaj vermək istəyi yoxdur. Onsuz da hər kəs oxuduğunda özünə lazım olanı götürəcək.”

“Yaz paltolu qadın” kitabının imza günü iyunun 7-də (yazarın doğum günündə) saat 16:00-dan 18:00-a kimi Kitabevim.az mağazasında keçiriləcək.

# 1991 dəfə oxunub

Müəllifin son yazıları

# # #