#

Türkiyədə qəribə rəsm sərgisi keçirilib

Türkiyədə qəribə rəsm sərgisi keçirilib
27 may 2019
# 17:33

Türkiyədə qeyri-adi sərgi keçirilir.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, “Əncir tumunu dolduran adam” və ya “Türkiyənin Microangelosu” adı ilə tanınan türk rəssam Həsən Kalenin quru meyvələrin qabıqları, düyü və makaron dənələri üzərində rəsmə əsərləri nümayiş etdirilir.

Sənət əsərləri arasında İstanbul mənzərəsi, Mustafa Kamal Atatürkün portreti, gəmi rəsmləri də yer alır.

Rəssamın əl işlərinin yaxın zamanda Niderland, İngiltərə, ABŞ və Yaponiyada da sərgilənməsi planlaşdırılır.

# 1769 dəfə oxunub

Müəllifin son yazıları

# # #