Ceyms Bond filmilə məşhurlaşan aktrisa vəfat etdi

Ceyms Bond filmilə məşhurlaşan aktrisa vəfat etdi
12 oktyabr 2020
# 14:03

Aktrisa Marqaret Nolan vəfat edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə rejissor Eqar Rayt “Twitter” hesabında yazıb.

Aktrisanın oğlu xəbəri təsdiqləyərək anasının oktyabrın 5-də öldüyünü bildirib.

M.Nolanın ölüm səbəbi açıqlanmır.

Qeyd edək ki, aktrisa 1943-cü ildə Böyük Britaniyada anadan olub. Fəaliyyətə fotomodel kimi başlayan M.Nolan Ceyms Bond haqqında olan “Qoldfinqer” filmindəki rolu ilə məşhurlaşıb.

# 1699 dəfə oxunub

Müəllifin son yazıları

# # #