Poeziya nümunələrimiz 2 dildə nəşr olunub

Poeziya nümunələrimiz 2 dildə nəşr olunub
12 aprel 2019
# 16:14

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan ədəbi-mədəni irsinin qiymətli nümunələri toplu şəklində “Poeziya çələngi. The Garland of Poetry” adlı kitabda oxuculara təqdim olunub.

Nazirlikdən bildirilib ki, topluya klassik və müasir Azərbaycan poeziya nümunələri, xalq mahnıları və bayatılar daxil edilib. Kitab tanınmış ədəbiyyat xadimi, şair Sabir Mustafanın tərcüməsində 2 dildə - Azərbaycan və ingilis dillərində işıq üzü görüb.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitabın Mədəniyyət Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalarda yerləşdirilməsi, eyni zamanda, klassik və müasir Azərbaycan poeziyası nümunələri, xalq mahnıları və bayatılarımızın təbliğatı məqsədilə beynəlxalq tədbirlərdə istifadəsi nəzərdə tutulur. /azertag.az/

# 1960 dəfə oxunub

Müəllifin son yazıları

# # #