Qısa hekayə müsabiqəsi elan edildi - Şərtlər

Qısa hekayə müsabiqəsi elan edildi - Şərtlər
15 dekabr 2025
# 17:22

“Zərif Kölgələr” Yaradıcılıq Klubu, VHP-nin qadın qolları, “Güfte” ədəbiyyat dərgisi və Yunus Emre İnstitutunun birgə təşkilatçılığı ilə “Qısa Hekayə” müsabiqəsi elan edilib.

Kulis.az xəbər verir ki, müsabiqədə ədəbiyyata marağı olan hər kəs iştirak edə bilər.

Şərtlərə əsasən təqdim olunan hekayələr başlıq daxil olmaqla 100 sözü keçməməli, yalnız Azərbaycan dilində yazılmalı və indiyədək heç yerdə yayımlanmamış olmalıdır. Mövzu sərbəstdir.

Hekayələr "Word" formatında göndərilməli, sənədin adı yalnız hekayənin adı ilə qeyd edilməlidir. Hər müəllif müsabiqəyə yalnız bir hekayə təqdim edə bilər.

Müraciətlər 5 yanvar 2026-cı il tarixinədək zerifkolgeler@gQısamail.com elektron ünvanına qəbul olunur.

Qaliblər üçün mükafatlar nəzərdə tutulub, həmçinin seçilmiş hekayələrin yayımlanacağı bildirilib.

Müsabiqəyə təşkilati dəstəyi Yunus Emre İnstitutu, “Kritika” Nəşriyyatı və “Salman Mümtaz” Yayımları göstərir.

# 297 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər