Conni Depp adam döyməkdə ittiham olunur

Conni Depp adam döyməkdə ittiham olunur
10 iyul 2018
# 14:45

Hollivud aktyoru Conni Deppin adı növbəti qalmaqalda hallanır.

Kulis.az rus mətbuatına istinadən xəbər veriri ki, sentyabrda premyerası gözlənilən "Yalanın şəhəri" filminin çəkiliş qrupunun üzvlərindən biri iddia edir ki, aktyor onu döyüb.

İddiaçı Qreqq Bruks film çəkilişləri üçün yerlərin seçimi üzrə mütəxəssisdir. Onun ərizəsinə əsasən çəkiliş ərəfəsində Depp döş qəfəsinə iki dəfə vuraraq onu təhqir edib. Hadisənin baş vermə səbəbi isə Bruksun ötən ilin aprel ayında aktyorun dostları ilə bağlı səhnələrə tənqidi fikir bildirməsi olub. Hadisədən dərhal sonra Bruks polisə müraciət edərək aktyordan ona xəsarət yetirdiyi üçün təzminat istəyib.

Bundan başqa, aktyor keçmiş menecerləri ilə də mühakimə olunub. Depp bildirib ki, ona maliyyə və vergi problemlərini həll etmək üçün kömək edən menecerləri bir neçə il ərzində onun milyonlarını mənimsəyib.

# 1101 dəfə oxunub

Müəllifin son yazıları

# # #