Məşhur rejissorla Bakıda görüş keçiriləcək

Məşhur rejissorla Bakıda görüş keçiriləcək
11 may 2018
# 17:13

Mayın 16-ı saat 19-da “CinemaPlus-Azərbaycan” kinoteatrında məşhur rejissor Giedre Jiçkite Maite Alberdi ilə görüş keçiriləcək.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən Kulis.aza verilən xəbərə görə, görüşdə Çili və Litva istehsalı olan “Я не отсюда” (Mən burdan deyiləm) filmi də nümayiş olunacaq. Filmin nümayişində rus dilində subtitrdən istifadə olunacaq.

Xatırladaq ki, tədbir Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, CinemaPlus kinoteatrları, Cinema Distribution yayım şirkətləri və Litvanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

# 988 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #