Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, ölkə başçısının imzaladığı sərəncamla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə, Abdullayev Kyazım Ənvər oğlu və Nurzadə Əli Qayıb oğluna “Xalq artisti” fəxri adı verilib.
Abdullayev Mətləb Fətəli oğlu, Babayeva Əminə Ağahüseyn qızı, Bəxtiyarov Rəşad Bəhram oğlu və Qarayev Elnar Cəfər oğluna “Əməkdar artist” fəxri adı verilib.
Eyni zamanda aşağıdakı şəxslər təltif edilib:
“Şöhrət” ordeni ilə
Dadaşov Rafael Məlik oğlu
Quliyev Nurəddin Əzulla oğlu
Məlik Ramiz Ağarza oğlu
“Tərəqqi” medalı ilə
Ağaverdiyeva Məsməxanım Aslan qızı
Atakişiyeva Mətanət Ağazair qızı
Əliyeva Münəvvər Sabir qızı
Həsənov Rafael Vaqif oğlu
Hüseynov Fizuli İsmət oğlu
Quliyev Elxan Əli Bala oğlu
Məmmədov Elnur Mehrəli oğlu
Məmmədov Hacıbaba İsmayıl oğlu.