Tinto Brass reanimasiyaya yerləşdirilib

Tinto Brass reanimasiyaya yerləşdirilib
11 iyul 2019
# 10:45

Erotik filmlərilə məşhur olan Italiya rejissoru Tinto Brass xəstəxanaya yerləşdirilib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, insult keçirmiş rejissor reanimasiyaya köçürülüb.

86 yaşlı Tinto Brass erotik kino janrının ən məşhur rejissorlarındandır. Brass bu janrda “Qadağaları pozaraq”, “Kittinin salonu”, “Açar”, “Miranda” kimi filmlər çəkib. “Kaliqula” filmi isə tarixi janrda olması ilə seçilir.

# 4020 dəfə oxunub

Müəllifin son yazıları

# # #