“Azərbaycan” jurnalının yeni sayı çıxdı

“Azərbaycan” jurnalının yeni sayı çıxdı
29 iyun 2019
# 09:01

“Azərbaycan” jurnalının iyun sayı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, jurnalının iyun sayında İntiqam Qasımzadənin "Şair haqqında söz”, Vaqif Səmədoğlunun şeirləri, Nəsr bölməsində Samid Ağayevin "Ləvəngi” və Xanım Aydının "Sərçə” povestləri yer alıb.

Poeziya bölməsində İlham Qəhrəman, Cəlaləddin Budatoğlu, Məcnun Göyçəli, Afaq Şıxlı, Zirəddin Qafarlı, Nazir Rüstəm, Fəxrəddin Əsəd, Ruzbeh Məmməd, Əsəlgər Əhmədin şeirləri işıq üzü görüb.

"Ədəbi söhbət” layihəsində Vilayət Quliyevlə tənqidçi Nərgiz Cabbarlının söhbəti, tərcümə bölməsində Mo Yanın "Bibimin qiymətli bıçağı” və Uluqbəy Esdövlətin şeirləri, Ədəbi talelər rubrikasında Günel Natiqin "Lev Tolıstoy və Sofya Bersin məhəbbət tarixçəsi”, Tənqid və ədəbiyyatşüaslıq bölməsində Qorxmaz Quliyevin "Ədəbiyyatda xaosmos”, Cavanşir Yusiflinin "Ədəbi gəncliyin üç fraqmenti”, Təyyar Salamoğlunun "Həpimiz bir günəşin zərrəsiyiz”, İradə Musayevanın "Repressiyaya aparan romanlar”, İntiqam Qasımzadənin” Əli Kərimi xatırlarkən” kimi yazılarıyla tanış ola bilərsiz.

# 1993 dəfə oxunub

Müəllifin son yazıları

# # #