Şəki teatrında “Sevil” pyesi səhnələşdirilir

Şəki teatrında “Sevil” pyesi səhnələşdirilir
4 noyabr 2019
# 18:50

Şəki Dövlət Dram Teatrında Cəfər Cabbarlının “Sevil” pyesi üzərində məşqlərə başlanılıb.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Cəfər Cabbarlının 120 illiyi münasibətilə hazırlanan tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, geyim üzrə rəssamı Sahib Əhmədov, bəstəkarı Firudin Allahverdi, rəqslərin quruluşçusu isə Çingiz Novruzəliyevdir.

Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Akif Yusifov, Rəhim Qocayev, aktyorlar Pərviz İsmayılov, Fərahim Fətəliyev, aktrisalar Lalə Məmməd, Arzu Mustafayeva, Nazilə İmamhüseynova və Aysun Mustafazadə ifa edəcək. Əsərin əsas qəhrəmanı Sevil obrazını canlandıran gənc aktrisa Zümrüd Əliyeva isə bu rolla debüt edir.

Teatrın rəsmisi bildirib ki, tamaşada əsərin baş qəhrəmanı Sevil obrazı ilə Azərbaycan qadınının yüksəliş yolu təsvir edilir.

Tamaşa yaxın vaxtlarda teatrsevərlərə təqdim olunacaq.

# 2048 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #