Vaqif Səmədoğlunun büstünün açılışı olub - Fotolar

Vaqif Səmədoğlunun büstünün açılışı olub - Fotolar
24 iyun 2019
# 19:03

Qazaxın "Fəxri qazaxlılar" parkında Xalq şairi Vaqif Səmədoğlunun büstünün açılış mərasimi olub.

Kulis.azın verdiyi xəbərə görə, şairin 80 illik yubileyinə töhfə edilən büst Heydər Əliyev Fondunun təşəbbüsü ilə ucaldılıb.

"Səməd Vurğun poeziya evi"ndə başlayan yubiley tədbirində Vaqif Səmədoğlunun yaradıcılığı haqda geniş məlumat verilib. Daha sonra büstünün açılış mərasimi baş tutub.

Tədbir şairin yaradıcılığı haqda söhbət və şeirlərinin ifası ilə davam edib.

Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun büstünün açılış mərasimi olub

Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun büstünün açılış mərasimi olub

Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun büstünün açılış mərasimi olub

# 1739 dəfə oxunub

Müəllifin son yazıları

# # #