Məşhur aktrisa Lorel Qriqqs 13 yaşında vəfat edib.
Kulis.az rus mətbuatına istinadla xəbər verir ki, azyaşlı olmasına baxmayaraq, xeyli məşhurluq qazanan aktrisanın ölümünə səbəb qəfil yaranan astma tutması olub.
Lorel ilk dəfə altı yaşında “İsinmiş damdakı pişik” filmində çəkilib. Sonralar isə o, Skarlett Yohansson, Kristen Styuart, Stiv Kerell kimi ulduzlarla birgə çalışıb. Aktrisaya ən çox məşhurluq qazandıran film isə Vudi Allenin 2016-cı ildə ekranlaşdırdığı “Kübar həyat” filmi olub.