Dünyanın ilk sənətçi robotu sərgi açır

 Dünyanın ilk sənətçi robotu sərgi açır
4 iyun 2019
# 10:10

Dünyanın ilk insanabənzər sənətçi robotu Ai-Da, ilk sənət sərgisini açmağa hazırlaşır.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, digər süni intellektlərdən fərqli olaraq gördüklərini əlindəki qələmlə çəkə bilən Ai-Da olduqca uğurlu çalışmalara imza atır. İndiyə qədər özünə məxsus bir çox şəkil və rəsm işləri görən Ai-Danın əsərlərini görənlər çalışmalarının süni intellekt tərəfindən edildiyinə inana bilmir.

Ai-Danın şəxsi əsərlərindən olacaq sərgi 12 iyunda Oksford Universitetində görücüyə çıxacaq. Məşhur ingilis riyaziyyatçı Ada Lovelasenin adını daşıyan Ai-Da “dünyanın ilk süni intellektli ultra-həqiqi robot sənətçisi” olaraq bilinir.

# 1488 dəfə oxunub

Müəllifin son yazıları

# # #