Dondurma salonunun altından nə çıxdı?

Dondurma salonunun altından nə çıxdı?
29 iyul 2025
# 11:07

Polşanın Qdansk şəhərində aparılan arxeoloji qazıntılar zamanı Orta əsrlərə aid cəngavər skeleti tapılıb.

Kulis.az xəbər verir ki, maraqlı tapıntı şəhərin tanınmış məkanlarından biri – fəaliyyəti dayandırılmış “Mis” (“Teddy”) dondurma salonunun yerləşdiyi ərazidə üzə çıxarılıb.

Xalq arasında “Qdansk Lanselotu” kimi tanınan bu fiqurun XIII əsrə aid olduğu ehtimal edilir.

Qeyd edək ki, adıçəkilən bina 1962-ci ilə qədər “pub” kimi fəaliyyət göstərib, sonradan isə dondurma salonuna çevrilərək qdansklıların sevimli yerlərindən birinə çevrilib.

Uzun illərdir bağlı qalan bu binanın yerləşdiyi ərazi 2023-cü ildən bəri davam edən arxeoloji tədqiqatlar çərçivəsində yenidən diqqət çəkib.

Qazıntılar zamanı bu ayın əvvəlində əhəng daşından hazırlanmış, zəncir və cəngavər təsviri olan qədim məzar daşı da aşkar edilib.

# 127 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #