“Eurovision”a bilet satışı dayandırılıb

“Eurovision”a bilet satışı dayandırılıb
4 mart 2019
# 09:40

Təşkilatçılar “Eurovision” mahnı müsabiqəsinə bilet satışını dayandırıblar.

ONA-nın məlumatına görə, bu barədə müsabiqənin keçirilməsinə cavabdeh olan İsrailin “Kan” teleradio korporasiyası açıqlama yayıb.

Açıqlamada bildirilir ki, bu addımın atılmasının səbəbi müsabiqənin keçiriləcəyi zalda yüzlərlə yaxşı yerin yerli tanınmış şəxslər arasında bölüşdürülməsinə dair şübhələrin yaranmasıdır.

Korporasiya vəd edib ki, araşdırmalar pozuntuları üzə çıxarsa, biletləri açıq satışa qaytaracaq.

Bir müddət əvvəl İsrailin daxili təhlükəsizlik naziri Gilad Erdan da polisə “Eurovison” müsabiqəsinin biletlərinin satışında fırıldaqçılığın qarşısının alınması barədə göstəriş verib.

Qeyd edək ki, bu il “Eurovision” mahnı müsabiqəsi mayın 14-18-də Təl-Əvivdə keçiriləcək.

# 1292 dəfə oxunub

Müəllifin son yazıları

# # #